Kuba ABŞ-ın Ukrayna münaqişəsi ilə bağlı ittihamlarını rədd edib


Kuba Ukrayna münaqişəsində iştirak etməsi ilə bağlı ABŞ-ın ittihamlarını əsassız adlandıraraq rədd edib.

AFN.az xəbər verir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyinin rəsmi saytında yayılan bəyanatda bildirilib.

Nazirlik Vaşinqtonun heç bir əsas və sübut olmadan Kubanı münaqişəyə cəlb etmək cəhdlərinin beynəlxalq ictimaiyyəti yanıltmağa və yanlış məlumat yaymağa xidmət etdiyini bəyan edib.

Bəyanatda vurğulanıb ki, Kuba münaqişənin tərəfi deyil və nə Ukraynada, nə də başqa ölkədə hərbi qulluqçuları vasitəsilə döyüş əməliyyatlarında iştirak edir. Havana Ukrayna ətrafındakı vəziyyət də daxil olmaqla, münaqişələrin beynəlxalq hüquq və BMT Nizamnaməsinə uyğun olaraq dialoq və danışıqlar yolu ilə həllini dəstəklədiyini bildirib.

Kuba XİN-i muzdlu döyüşçülərlə mübarizə məsələsinə də toxunub. Nazirlik ölkənin bu fəaliyyətə qarşı sıfır tolerantlıq siyasəti yürüt­düyünü, muzdlu döyüşçülüyə görə milli qanunvericilik və beynəlxalq öhdəliklər çərçivəsində cəza tətbiq etdiyini qeyd edib.

Bəyanatda, həmçinin Ukrayna münaqişəsində tərəflərdən hər hansı birinin tərəfində iştirak etmiş və ya iştirak edən Kuba vətəndaşlarının dövlət qurumları tərəfindən dəstəklənmədiyi bildirilib. Nazirliyin iddiasına görə, bu şəxslərin böyük əksəriyyəti digər ölkələrin vətəndaşları kimi xaricdə cəlb olunub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu