İlon Mask: Ağ Evdə daha az vaxt keçirməli idim


Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Donald Trampın administrasiyasında çalışarkən hakimiyyətə həddindən artıq aludə olduğunu etiraf edib.

AFN.az xəbər verir ki, sahibkar bu barədə amerikalı yazıçı və jurnalist Uolter Ayzeksonun podkastında danışıb.

Mask Ağ Evdə mühüm qərarların qəbul edilməsi prosesində iştirak etməyin və bəzən bu qərarlara təsir göstərməyin maraqlı olduğunu bildirib. Bununla belə, o, hadisələrin mərkəzində daha az görünməli və dövlət idarəçiliyində cəmi bir-iki ay iştirak etməli olduğunu düşünür. Milyarderin fikrincə, bu müddət ərzində bir çox məsələni anlamaq mümkündür.

Podkast zamanı Ayzekson Maskdan hakimiyyətə həddindən artıq maraq göstərdiyini düşünüb-düşünmədiyini soruşub. Sahibkar bu fikirlə razılaşaraq, hakimiyyətdəki fəaliyyətinin onu müəyyən dərəcədə dəyişdiyini etiraf edib.

Mask 2025-ci ildə bir neçə ay ərzində ABŞ hökumətinin fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə yaradılmış DOGE qurumuna rəhbərlik edib. Həmin dövrdə o, xüsusi statuslu, ictimai əsaslarla çalışan dövlət qulluqçusu kimi fəaliyyət göstərib və faktiki olaraq Trampın yaxın çevrəsində yer alıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu