İran XİN: ABŞ öhdəliklərini yerinə yetirsə, Hörmüz boğazı açılacaq


İran ABŞ-ın əvvəlki razılaşmalar üzrə öhdəliklərini yerinə yetirəcəyi təqdirdə Hörmüz boğazını gəmiçilik üçün açmağa və Vaşinqtonla danışıqları davam etdirməyə hazırdır.

AFN.az xəbər verir ki, bu barədə İraqın “Al-Iraqiya News” telekanalı İranın xarici işlər naziri Abbas Əraqçiyə istinadən məlumat yayıb.

Əraqçinin sözlərinə görə, ABŞ-ın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi Hörmüz boğazının açılmasına, yeni danışıqlar raundlarının keçirilməsinə və nəticədə yekun sazişin əldə olunmasına imkan verə bilər.

Nazir Tehranın irəli sürdüyü “yeddi günlük təşəbbüs”ün əvvəlki razılaşmalara əməl olunması şərti ilə diplomatik danışıqlar üçün imkanları qorumağa yönəldiyini bildirib. Onun iddiasına görə, bu prosesə mane olan tərəf Tehran deyil, Vaşinqtondur.

Əraqçi əlavə edib ki, ABŞ-la qarşılıqlı anlaşma əldə olunana qədər İran Hörmüz boğazını gəmiçilik üçün tam açmayacaq. Razılaşma olmadığı təqdirdə boğazdan gəmilərin hərəkətinə qoyulan məhdudiyyətlər qüvvədə qalacaq.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu