NATO Qara dənizdə kəşfiyyat və monitorinq imkanlarını artırır


NATO Qara dənizdə mövqelərini gücləndirmək üçün bölgəyə əlavə kəşfiyyat və monitorinq vasitələri göndərəcək.

AFN.az xəbər verir ki, alyansın nümayəndəsi Alison Hart X sosial şəbəkəsində Şimali Atlantika Şurasının səfirlər səviyyəsində keçirilən iclasından sonra bu barədə məlumat verib.

Onun sözlərinə görə, görüş Qara dənizdə dronlarla bağlı təhdidlərin artması fonunda keçirilib. NATO bölgəyə əlavə kəşfiyyat, monitorinq və pilotsuz uçuş aparatlarının ekspertizası imkanları yönəldəcək.

Brüsseldəki diplomatik mənbələrin məlumatına görə, iclas Rumıniya və Bolqarıstanın təkidi ilə çağırılıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu