Kallas: ABŞ son il yarımda Ukraynanı kapitulyasiyaya sövq edir


Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas ABŞ-ın son il yarımda Ukraynanı kapitulyasiyaya sövq etdiyini iddia edib.

AFN.az xəbər verir ki, Kallas bu fikirləri Strasburqda Avropa Parlamentinin iclasında səsləndirib. Onun sözlərinə görə, Ukrayna müharibəni indiyədək Avropanın hərbi təchizatı sayəsində davam etdirə bilib.

Kallas həmçinin bildirib ki, Aİ Rusiyaya qarşı maksimal tələblərini formalaşdırmağa çalışır ki, Ukraynadakı müharibəyə çəkilən xərclər Brüssel üçün hədər getməsin.

Avropa Komissiyasının daha əvvəl açıqladığı məlumata görə, münaqişənin başlanmasından bəri Aİ Ukraynaya hərbi və maliyyə dəstəyi üçün 228 milyard avrodan çox vəsait ayırıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu