Polşada İkinci Dünya müharibəsindən qalma bomba 3 min nəfərin təxliyəsinə səbəb olub



Polşanın Vrotslav şəhərində İkinci Dünya müharibəsi dövründən qalma 250 kiloqramlıq partlamamış bomba aşkar edilib.

AFN.az xəbər verir ki, hadisə ilə əlaqədar ərazidə yaşayan və çalışan təxminən 3 min nəfərin təxliyəsinə başlanılıb.

Polşanın PAP xəbər agentliyinin məlumatına görə, oktyabrın 15-də Vrotslav şəhərinin Kolejova küçəsində yerləşən otel və ofis kompleksinin tikinti sahəsində torpaq qazıntısı zamanı partlamamış hərbi sursat tapılıb.

Polis ərazini təhlükəsizlik çəmbərinə alıb. Aşkar edilən sursatın İkinci Dünya müharibəsi dövrünə aid 250 kiloqramlıq aviasiya bombası olduğu müəyyənləşdirilib.

Bu səhər ərazidə başlanan işlər çərçivəsində təxminən 3 min nəfər təxliyə edilir.

Bombanın zərərsizləşdirilməsi işləri ilə əlaqədar şəhərdə ictimai nəqliyyat marşrutlarında dəyişikliklər edilib, dəmir yolu nəqliyyatında da fasilələrin yaranacağı gözlənilir.

Vrotslavda torpaq qazıntısı işləri zamanı İkinci Dünya müharibəsindən qalma partlamamış hərbi sursatlara tez-tez rast gəlinir. Bu səbəbdən sonuncu genişmiqyaslı təxliyə iyul ayında Trzemeska küçəsinin ətrafında həyata keçirilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu