Oyun “Borussiya”nın qələbəsi ilə bitdi - YENİLƏNİB
Matç Dortmund təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşır.
***
“Borussiya Dortmund” yenidən hesabda önə keçir. Hesab 1:2-dir. Seru Qirassi dublunu rəsmiləşdirir.
***
İkinci hissə başladı.
***
Birinci hissə bitdi.
***
Eyden Makkarti 39-cu dəqiqədə hesabı bərabərləşdirir.
***
Kahim Parris 30-cu dəqiqədə fərqlənməyə çalışsa da, qol ofsayd səbəbindən qeydə alınmır.
***
Seru Qirassi 10-cu dəqiqədə hesabı açır.
***
Matç başladı.
***
UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan təmsilçimiz “Sabah” bu gün növbəti sınağına çıxır.
Təmsilçimiz 3-cü tur çərçivəsində Almaniyanın “Borussiya Dortmund” klubunu sınağa çəkəcək.
Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma yerli vaxtla saat 20:45-də başlayacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
III tur
20 oktyabr
20:45. “Sabah” – “Borussiya” (Dortmund)
***
Komandaların start heyətləri bəlli olub:
“Sabah”: 92. Stas Pokatilov (k), 3. Stiv Solvet, 4. Eyden Makkarti, 7. Umarali Raxmonaliyev, 11. Kahim Parris, 13. İvan Lepinitsa, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 27. Timoteuş Puxaç, 37. Du Keyros, 80. Akim Zedadka
Ehtiyat oyunçular: 1. Amin Ramazanov 94. Rəvan Mirzəmmədov, 5. Rəhman Daşdəmirov, 6. Abdullah Xaybulayev, 8. Kristian Nvaçukvu, 9. Xəyal Əliyev, 10. Aleksey İsayev, 17. Tellur Mütəllimov, 33. Erivaldo Almeyda, 34. Ksander Severina, 88. Rodriqo Fernandeş, 99. Patrik Mbina
“Borussiya” (Dortmund): 1. Qreqor Kobel, 3. Valdemar Anton, 4. Niko Şlotterbek (k), 5. Rami Bensebaini, 8. Feliks Nmeça, 9. Seru Qirassi, 17. Karni Çukvuemeka, 21. Fabio Silva, 24. Daniel Svensson, 25. Coui Verman, 26. Yulian Ryuerson
Ehtiyat oyunçular: 30. Dreqs, 33. Meyer, 7. Bellinqem, 14. Beyer, 18. Nvaneri, 20. Sabitser, 22. Qadou, 39. Mane, 40. İnasio, 41. Albert, 44. Dos Santos, 49. Reqyani
