"Turan" CEV Çempionlar Liqasındakı ilk oyununda qələbə qazanıb
"Turan"ın qadınlardan ibarət voleybol komandası CEV Çempionlar Liqasındakı ilk matçında qələbə qazanıb.
AFN.az xəbər verir ki, Xorvatiyanın "Mladost" klubu ilə qarşılaşan Tovuz təmsilçisi turnirin II təsnifat mərhələsində rəqibini 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə mğlub edib.
Qarşılaşma Tovuz Olimpiya İdman Kompleksində keçirilib.
Qeyd edək ki, "Turan" Xorvatiya təmsilçisi ilə cavab görüşünü oktyabrın 29-da səfərdə keçirəcək.

