"Turan Tovuz"-"Şamaxı" oyununda qalib müəyyənləşmədi


Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

AFN.az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Şamaxı"nı qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma qolsuz başa çatıb - 0:0.

Meydan sahibləri ötən tur "Qəbələ"yə qalib gəlmişdi (1:0), qonaqlar isə "Qarabağ"a uduzmuşdu (1:3).

Günün ikinci matçında "Araz-Naxçıvan" "Neftçi"nin qonağı olacaq.

Xatırladaq ki, ötən gün "Şəfa" səfərdə "Qəbələ"ni 1:0, "Zirə" evdə "İmişli"ni 3:1 hesabı ilə məğlub edib. Avrokuboklarda çıxışla əlaqədar bu turda "Sabah"ın "Sumqayıt"la, "Qarabağ"ın isə "Kəpəz"lə görüşləri təxirə salınıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu