Premyer Liqa: "Turan Tovuz" "Neftçi"yə qalib gəldi


Misli Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

Günün ikinci matçında "Neftçi" "Turan Tovuz"u qəbul edib. "Palms Sports Arena"dakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 0:1. 56-cı dəqiqədə Joarlem Santos fərqlənib.

Qələbədən sonra xallarının sayını 44-ə çatdıraran Tovuz klubu üçüncü pillədə qərarlaşıb. "Neftçi" 31 xalla yeddinci sıradadır.

Günün ilk görüşündə "Zirə" "Kəpəz"lə bərabərə qalıb - 2:2. Qeyd edək ki, əvvəlki matçlarda "Sumqayıt" "Karvan-Yevlax"la (1:1), "Şamaxı" "İmişli" (0:0) ilə bərabərə qalıblar. "Qarabağ" isə "Araz-Naxçıvan"ı 6:0 hesabı ilə məğlub edib.

Tura martın 10-da yekun vurulacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu