Brent neftinin bir bareli 110,63 dollara yüksəlib
Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti əvvəlki günü 109,55 dollarla başa vurub.
AFN.az xəbər verir ki, dünən 110,70 dollara qədər yüksələn Brent neftinin bir bareli bu gün Bakı vaxtı ilə saat 10:20-yə olan məlumata görə, əvvəlki bağlanış qiyməti ilə müqayisədə təxminən 1 faiz artaraq 110,63 dollara çatıb.
Eyni vaxtda Qərbi Texas markalı (WTI) xam neftin dekabr fyuçerslərinin bir bareli 98,68 dollar olub.
Brent neftinin qiymətində texniki baxımdan 112,90 dollar səviyyəsinin müqavimət, 103,46 dollar səviyyəsinin isə dəstək zonası kimi izlənilə biləcəyi bildirilir.
