Brent neftinin bir bareli 101,49 dollardan satılır
Brent neftinin bir bareli beynəlxalq fyuçers bazarlarında 101,49 dollardan satılır.
AFN.az xəbər verir ki, dünən 101,32 dollara qədər yüksələn Brent neftinin fyuçerslərdə bir barelinin qiyməti günü 100,58 dollardan başa vurub. Brent neftinin noyabr fyuçerslərində bir barelinin qiyməti bu gün saat 10:30 etibarilə əvvəlki bağlanışla müqayisədə 0,9 faiz artaraq 101,49 dollar olub.
Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin noyabr fyuçerslərində bir barelinin qiyməti də 90,07 dollar olaraq müəyyənləşib.
Brent neftində texniki baxımdan 103,91 dollar səviyyəsinin müqavimət, 93,72 dollar səviyyəsinin isə dəstək zonası kimi izlənilə biləcəyi bildirilir.
