Çin ABŞ-nin Tayvana F-16 satışına qarşı çıxdı



Çin suverenlik mübahisəsində olduğu Tayvana ABŞ tərəfindən modernləşdirilmiş F-16 döyüş təyyarələrinin satılmasına qarşı olduğunu bildirib.

AFN.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Cia Kun beynəlxalq mətbuatın məsələ ilə bağlı suallarına yazılı cavabında ABŞ-nin iki ölkə liderlərinin əldə etdiyi razılaşmaya uyğun olaraq vahid Çin prinsipinə əməl etməli və Tayvan məsələsində ehtiyatlı davranmalı olduğunu bildirib.

Tayvan məsələsinin Çinin daxili işi olduğunu və xarici müdaxilənin qəbuledilməzliyini vurğulayan sözçü Quo ABŞ-nin Çinin Tayvan bölgəsinə silah satışına qarşı çıxmağa davam etdiyini bildirib.

Çinlə suverenlik mübahisəsi yaşayan Tayvanın ABŞ-dan aldığı modernləşdirilmiş F-16 təyyarələrinin ilk partiyası oktyabrın 2-də təhvil verilib. F-16V Block 70 tipli iki təyyarə Havay adalarından havaya qalxan iki ABŞ yük təyyarəsi ilə Tayvanın Taytung bölgəsindəki Çihhanq Hava Bazasına gətirilib.

Tayvan ABŞ-dan bu tipdə 65 döyüş təyyarəsi satın alıb. Avqust ayında təhvil verilməsi planlaşdırılan ilk təyyarələr Çin Prezidenti Si Cinpinin sentyabrda ABŞ-yə səfəri səbəbindən Havayda gözlədilirdi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu