İlhamə Abdullayeva yeni vəzifəyə təyin olunub
Abşeron-Xızı Regional Təhsil İdarəsinin sabiq müdiri İlhamə Abdullaevanın yeni vəzifəsi məlum olub.
AFN.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırovun müavfiq Əmri ilə Abdullayeva İlhamə Sarif qızı sözügedən agentliyin Uşaq inkişafı və rifahı şöbəsinə müdir təyin edilib.
Qeyd edək ki, İlhamə Abdullayeva 2022-ci ildən bu təyinatadək Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. Həmin Təhsil İdarəsinin müdiri vəzifəsinə isə Naxçıvan MR-in keçmiş təhsil naziri Elxan Nəcəfov təyin olunub.



