İsrail və ABŞ İranla bağlı hərbi əməliyyat planlarını razılaşdırıb


İsrailin baş naziri Benyamin Netanyahu İrana qarşı hərbi əməliyyatın qaçılmaz olduğunu bəyan edib.

AFN.az xəbər verir ki, bu barədə İsrailin 13-cü telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Netanyahu noyabrın 18-i axşam saatlarında təhlükəsizlik məsələləri ilə bağlı müşavirə keçirib. Baş nazir həmin toplantıda “İranda əməliyyatdan yayınmaq mümkün deyil” deyə bildirib.

Telekanalın hərbi mənbəsi isə İsrail Müdafiə Ordusu ilə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) mümkün əməliyyatla bağlı razılaşdırılmış və təsdiqlənmiş planlarının olduğunu deyib.

Mənbənin sözlərinə görə, hazırda əsas məsələ əməliyyatın nə vaxt keçiriləcəyidir. Tərəflər ABŞ Prezidenti Donald Trampın növbəti addımlarla bağlı qərarını və planların həyata keçirilməsi üçün uyğun məqamı gözləyirlər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu