Alen Simonyan Azərbaycana gələcək
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabr ayında Azərbaycana səfər etməyi nəzərdə tutur.
AFN.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Simonyan bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.
“Gələn ay Azərbaycana səfərim olacaq, lakin Bakıya deyil”, – deyə o qeyd edib.
Simonyanın sözlərinə görə, səfər zamanı texniki məsələlərin və iki ölkə arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi gözlənilir.
Qeyd edək ki, bu ilin iyununda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın Dilican şəhərində həmin ölkənin o zamankı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla işgüzar görüş keçirib.


