Putin və Si Cinpin arasında danışıqlar iki saatdan çox davam edib
Rusiya prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında danışıqlar iki saatdan çox davam edib.
AFN.az TASS-a istinadən xəbər verir ki, liderlərin görüşü Çindəki “Çilin Şançjuan” dövlət iqamətgahının “Çilinyuan” villasinda keçirilib. Yerli vaxtla günorta saatlarında başlayan görüşün ilk mərhələsi geniş tərkibdə baş tutub. Nümayəndə heyətlərinin də iştirak etdiyi danışıqlarda iqtisadi əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Daha sonra görüş məhdud tərkibdə işgüzar səhər yeməyi formatında davam edib. Rusiya prezidenti ilə birlikdə müzakirələrdə xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov da iştirak ediblər.
Rusiya və Çin liderlərinin görüşü ümumilikdə iki saatdan çox davam edib.


