Praqada iki sərnişin qatarı toqquşdu: 46 nəfər yaralandı



Çexiyanın paytaxtı Praqada iki sərnişin qatarının toqquşması nəticəsində 46 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır. 

AFN.az xəbər verir ki, hadisə şəhərdəki Praqa Mərkəzi Dəmiryol Vağzalının yaxınlığında səhər saatlarında baş verib.

Qəza yerinə polis, yanğınsöndürənlər və tibbi yardım qrupları cəlb olunub. Hadisədən sonra ərazidə dəmir yolu nəqliyyatının hərəkəti dayandırılıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu