Özünü prezidentlə müqayisə edən Fəxrəddin Hacıyev kimdir: - “Müasir Arena” niyə “Evin.az” oldu?


Rəsmi mənbələrə baxdıqda, ötən illərdə adı ən çox şikayət edilənlər arasında çəkilən tikinti şirkəti “Müasir Arena” MTK idi. Maraqlıdır ki, tikdiyi binaların sakinlərinin antisanitar vəziyyətdən, binaların idarəetməsindən Prezident Adminstrasiyasına xeyli sayda şikayət edilən MTK birdən-birə “Evin.az” Şirkətinə çevrildi.

Böyük vergi borcu da olduğu iddia edilən şirkətin sahibləri “Evin.az” adı ilə fəaliyyətlərini davam etdirdilər.

Şirkətin direktoru Fəxrəddin Hacıyevin adı isə mətbuata şirkətin fəaliyyətindən çox özünün paylaşıb sonra təkzib etdiyi şəkillə gəldi. Belə ki sabiq polis məmuru olan Fəxrəddin Hacıyev bir neçə il öncə öz otağından bir tərəfdən dövlət başçısının şəklini, digər tərəfdən isə öz şəklini asaraq, tənqidə məruz qalmışdı. Sonra bu faktı danan Fəxrəddin Hacıyev bunun kollaj olduğunu, əslində orada başqa şəkil olduğunu bildirsə də, idda müəllifləri faktın doğru olduğunu bildirirdilər. Əslində bu gün olsaydı, faktın asanlıqla süni intellekt məhsulu olduğu iddia edilə bilərdi. Ancaq 2020-ci ildə süni intellektin bu qədər məşhur olmadığı bir dönəm idi və şəkli paylaşanlar o şəkli Fəxrəddin Hacıyevin öz “stori”sində yazdığını bildirirdilər.

Lakin onun sərgüzəştləri bununla yekunlaşmır.

Bununla bərabər Azərbaycanın bir sıra zəngin məmurlarının pullarını işlədən Fəxrəddin Hacıyevin “katyol”dan pul çırpışdıraraq, Ukraynada özünə ortaqlarının bildiyindən daha böyük sərvət imperiyası qurduğu bildirilir.

Mövzuya qayıdacağıq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu