Böyük Kanyon yaxınlığında təyyarə qəzası: 3 nəfər ölüb
ABŞ-ın Arizona ştatının şimalında, Böyük Kanyon yaxınlığında kiçik təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həyatını itirib.
AFN.az xəbər verir ki, hadisə ilə bağlı məlumatı ABŞ Milli Park Xidməti yayıb.
Qurumun açıqlamasında bildirilib ki, səlahiyyətli şəxslərə içərisində 3 nəfərin olduğu Piper Comanche tipli təyyarənin itkin düşməsi barədə məlumat daxil olub.
Axtarış-xilasetmə işləri nəticəsində yerli vaxtla saat 10:15 radələrində Böyük Kanyon Milli Parkının yaxınlığında təyyarənin qalıqları aşkarlanıb.
Açıqlamada qəza zamanı təyyarədə olan hər üç nəfərin həyatını itirdiyi qeyd edilib. Hadisə ilə bağlı araşdırmaya başlanılıb.


