Direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edildi
2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib.
AFN.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Qeyd edilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb.
Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onların şəxsi səhifələrinə göndərilib.



