"Nvida" qalmaqalından Azərbaycan Neft Fondu da ziyana düşüb?


Son günlər dünya gündəmində ən çox müzakirə olunan məsələlərdən biri “Nvidia” şirkətinin rəhbəri Yensen Huanqun şəxsi həyatıdır.

AFN.az xatırladır ki, Yensen Huanq dünən istefa verib. Beləliklə dünyanın ən bahalı şirkətlərindən biri olan “Nvidia” 19-20%-ə yaxın dəyər itirib. İqtisadçı ekspert Natiq Cəfərli proseslərin Azərbaycana da təsirsiz ötüşmədiyini bildirib. Onun sözlərinə görə, bu gedişat Azərbaycana təxminən 160 mln. dollar ziyan vurub.

"Azərbaycan Neft Fondunun texnoloji şirkətlərlə bağlı investisiya portfelində “Nvidia” birinci yerdədir – bu ilin ilk yarısında ARDNF-nin portfelində bu şirkətin 817 mln. dollar dəyərində səhmləri var idi. Səhmlər 18-20% ucuzlaşıbsa, deməli, ARDNF bu qalmaqala görə 150-160 mln. dollar ziyana düşüb" - deyə ekspert qeyd edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu