Ərəb şeyxi ilə 1 saatlıq yemək, üçün 2,5 milyon dollar qarşılığında Dubaya gedib?


Türkiyəli aktrisa Devrim Özkanın ərəb şeyxinin onunla bir saatlıq şam yeməyi üçün etdiyi 2,5 milyon dollarlıq təklifi qəbul edərək Dubaya getdiyi iddia olunur.

AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Yeraltı” serialında Dəniz Can Aktaşla tərəf-müqabili olan və onunla sevgi münasibəti ilə gündəmə gələn aktrisa ətrafında yayılan bu iddialar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Devrim Özkanın menecerliyini həyata keçirən agentlik məlumatları təkzib edərək aktrisanın Dubaya qlobal brendlə əməkdaşlıq çərçivəsində xüsusi üz qabığı çəkilişində iştirak etmək üçün getdiyini açıqlayıb.

Agentlik yaydığı bəyanatda aktrisa haqqında mətbuatda və sosial mediada yayılan məlumatların həqiqəti əks etdirmədiyini, konkret əsasa söykənmədiyini bildirib və bu xəbərləri qınayıb.

Aktrisa da agentliyin açıqlamasını sosial şəbəkə hesabında paylaşaraq iddiaları yayanlara sərt reaksiya verib. O, həmin xəbərləri yayımlamağa davam etmələrini istehza ilə qarşılayaraq, iddia edilən məbləğin heyvansevərlərin klinika borclarının ödənilməsinə sərf edilə biləcəyini yazıb.

Devrim Özkan həmçinin vəkili ilə birlikdə əlində olan 100-dən çox ekran görüntüsünü hüquq-mühafizə orqanlarına təqdim edəcəyini və məsələ ilə bağlı hüquqi müstəvidə hesablaşacağını bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu