89 yaşlı aktrisa vəfat etdi - FOTO


"Goodfellas" və "Sopranos" kimi reytinqli ekran işlərində rol alan aktrisa Syuzan Şeperd dünyasını dəyişib.



AFN.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə 89 yaşlı aktrisanın nəvəsi İzabella bildirib.

Syuzanın ölüm səbəbi isə hələ ki, açıqlanmayıb. Aktrisanın "Sopranos" serialındakı həmakrı Rey Abruzzo da sosial şəbəkə hesabında paylaşım edərək onun ölümünə görə kədərləndiyini ifadə edib.

Qeyd edək ki, 35 ildən artıq aktrisalıq faəliyyəti ilə məşğul olub.

O ilk dəfə 1988-ci ildə "Mystic Pizza" filminə çəkilib. Syuzan "Law & Order", 'Requiem for a Dream" kimi ekran işlərində də rol alıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu