ABŞ-da 2028-ci il seçkilərində İsrailə münasibət həlledici ola bilər
ABŞ-da 2028-ci il prezident seçkilərində ölkəni Yaxın Şərqdə yeni müharibəyə cəlb etməyəcəyinə zəmanət verən namizəd qalib gələ bilər.
AFN.az xəbər verir ki, bu fikri Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru, professor və iqtisadçı Ceffri Saks səsləndirib.
Amerikalı jurnalist Taker Karlson Saksdan 2028-ci ildə İsraili ABŞ-ın ən yaxın müttəfiqi hesab etdiyini açıq şəkildə bəyan edən namizədin prezident seçilib-seçilməyəcəyini soruşub.
Saks cavabında bildirib ki, belə bir namizədin qələbə qazanması heç bir partiyanın namizədi üçün mümkün görünmür. Onun sözlərinə görə, qalib gəlmək istəyən namizəd seçicilərə Donald Trampın etdiklərini təkrarlamayacağını, bir söz verib sonra onları çətin vəziyyətdə qoyaraq Yaxın Şərqdə növbəti müharibəyə başlamayacağını inandırıcı şəkildə izah etməlidir.
Saks vurğulayıb ki, bu mövqeyini seçicilərə inandırıcı şəkildə çatdıra bilən namizəd prezidentlik uğrunda mübarizədə qalib gələcək.

