Yasamalda “Osmanlı hamam”ın fəaliyyəti sakinlərin narazılığına səbəb olub - VİDEO



Paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 2 ünvanında yaşayan sakinlər Osmanlı hamam istirahət məkanının fəaliyyətindən narazıdırlar. 

AFN.az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər gecələr generatorun səsindən, gündüzlər isə tüstüdən narahat olduqlarını bildirirlər.

Bu problem tez-tez təkrarlanır.

İddialara münasibət bildirən istirahət məkanının administratoru Həsən Məmmədov sakinlərin rahatlığını təmin etmək və səs-küyü minimuma endirmək məqsədilə generator dəstinin ətrafına akustik panellər və səsboğucu materiallar quraşdıracağını vəd edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu