Çində süni intellekt yarışı birjalara zərbə vurub



Çinin ABŞ ilə süni intellekt sahəsində rəqabət aparmaq üçün yatırdığı vəsaitlərdən gözlənilən iqtisadi gəliri əldə edə bilməməsi və ABŞ-ın texnoloji məhdudiyyətləri birjalarda ciddi itkilərə yol açıb. 

AFN.az xəbər verir ki, investorların texnologiya şirkətlərinin gələcək perspektivləri ilə bağlı narahatlıqları bazarlara təzyiqi artırıb.

May ayından bəri Çin birjalarında şirkətlərin ümumi bazar dəyəri 2,4 trilyon dollar azalıb. Texnologiya şirkətlərinin səhmlərini izləyən STAR 50 indeksi də iyun ayından bəri 40 faiz geriləyib.

Çin rəhbərliyi süni intellekt sektorunu böyütmək məqsədilə dövlət dəstəkli investisiyaları artırır. Lakin ölkədə istehlakçıların xərclərini məhdudlaşdırması şirkətlərin hazırladıqları məhsullardan kifayət qədər gəlir əldə etməsini çətinləşdirir.

Xüsusilə insanabənzər robotlar və robot itlər kimi texnologiyalar hələ gündəlik həyatda geniş istifadə üçün kifayət qədər ucuz və praktik deyil. Bu da şirkətlərin investisiyalarını qısa müddətdə mənfəətə çevirməsini çətinləşdirir.

ABŞ-ın Çin texnologiyalarına qarşı məhdudiyyətləri genişləndirə biləcəyi ehtimalı da şirkətlər üzərində təzyiqi artırır.

Çinli istehsalçıların xarici bazarlara çıxışının çətinləşməsi, daxili tələbin də zəif olması səbəbindən satışlarını artırmalarını məhdudlaşdırır.

Ekspertlərin fikrincə, Çinin süni intellekt və robot texnologiyaları sahələrinə investisiyaları davam etsə də, şirkətlərin nə vaxt davamlı mənfəət əldə edəcəyi qeyri-müəyyən olaraq qalır. Bu qeyri-müəyyənlik investorların Çin bazarlarına inamını zəiflədir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu