Salyanda bir ailənin üç üzvü bıçaqlandı, ana öldü


Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb.

AFN.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.

Ailənin oğlu anasını, atasını və həyat yoldaşını bıçaqlayıb. Nəticədə ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.

Yaralıların 1966-cı il təvəllüdlü İsmayılov Ağabala Ramazan oğlu və onun gəlini, 1988-ci il təvəllüdlü İsmayılova Təranə Bahadır qızı olduğu bildirilir.

Hadisəni törədən polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu