Norveçdən Trampa cavab: Nobel Komitəsi müstəqildir



Norveçin xarici işlər naziri Espen Bart Eide ABŞ Prezidenti Donald Trampın ölkəsinin Nobel Komitəsini hədəf alan açıqlamalarına cavab verib. 

AFN.az xəbər verir ki, Eide Trampın Nobel Komitəsinin müstəqil qurum olduğunu çox yaxşı bildiyini deyib.

Eide Norveçin NRK telekanalına açıqlamasında Trampın Miçiqan ştatında keçirilən seçki mitinqində Norveçə qarşı səsləndirdiyi fikirləri şərh edib.

Nobel Sülh Mükafatının ona verilməməsinə görə Norveçə etiraz edən Trampa cavab verən Eide bildirib ki, Nobel Komitəsinin müstəqil qurum olduğunu Tramp çox yaxşı bilir. O, maraqlananlar üçün bunu Trampa xatırlatdıqlarını və vəziyyətin dəyişmədiyini vurğulayıb.

ABŞ Prezidenti Tramp Miçiqandakı seçki mitinqində Norveçə münasibətindən danışaraq, Norveçi bəyənmədiyini əvvəllər də söylədiyini xatırladıb və ölkəni bərbad adlandırıb.

Tramp daha əvvəl başqa bir mitinqdə də Norveç, İsveç və Danimarka kimi ölkələrdən insanların ABŞ-yə qəbul edilməsini sual altına alan fikirlər səsləndirib.

ABŞ Prezidenti Tramp səkkiz müharibəni başa çatdırdığını iddia edərək Nobel Sülh Mükafatına özünün layiq olduğunu dəfələrlə bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu