Brent neftinin qiyməti 109,58 dollara düşdü
Cümə günü 112,45 dollara qədər bahalaşan Brent markalı neftin dekabr fyuçerslərinin bir barelinin qiyməti günü 111,7 dollarla başa vurub.
AFN.az xəbər verir ki, bu gün saat 10:21-ə olan məlumata görə, Brent neftinin bir barelinin qiyməti əvvəlki bağlanışla müqayisədə təxminən 1,9 faiz azalaraq 109,58 dollara enib.
Eyni dəqiqələrdə Qərbi Texas markalı (WTI) xam neftin dekabr fyuçerslərinin bir bareli 101,02 dollar olub.
Neft qiymətləri ABŞ ilə İran arasında münaqişənin zəifləyə biləcəyi ilə bağlı gözləntilər fonunda həftənin ilk ticarət günündə geriləyib. Səudiyyə Ərəbistanında davam edən hücumlar isə qlobal tədarük təhlükəsizliyi ilə bağlı narahatlıqların qalmasına səbəb olub.
Brent neftinin qiymətində texniki baxımdan 109,78 dollar müqavimət, 109,36 dollar isə dəstək səviyyəsi kimi izlənilə bilər.
