Kütləvi davada qətl törədib gizlənən şəxsləri DTX saxladı


Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub.

Qətli törədənlərin “Sabunçu Emin” ləqəbli Emin Rəhimov və MMA döyüş növü üzrə idmançı Elmar Cəfərov olduğu bildirilir.

Hadisə yerindən qaçaraq gizlənən həmin şəxslər DTX tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, dəhşətli cinayətdə öldürülən Ceyhunun isə öz ətrafında “Ceyhun Sabunçu” adı ilə tanındığı bildirilir.

Hadisənin baş verdiyi ərazidə görüşü barışıq məqsədi ilə deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.

Deputatın oğlu da daxil olmaqla hadisə ilə bağlı 9 nəfər müxtəlif əməllərə görə, Elmar Cəfərov və Emin Rəhimov isə qəsdən adamöldürməyə görə saxlanılıblar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu