Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu



Bakı şəhər Xətai rayonu, Əhmədli qəsəbəsindəki kafedə baş vermiş kütləvi dava ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, tərəflər arasında başlayan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Daha sonra onlar bir-birilərinə bıçaqla hücum ediblər, odlu silahdan istifadəyə də cəhd göstərilib. Nəticədə, bir nəfər həyatını itirib.

Qətlə yetirilən Ceyhun adlı şəxsin “Ceyhun Sabunçu” kimi tanındığı bildirilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu