Ukraynada "Starlink" məhdudiyyətləri aradan qaldırılıb


Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə "Starlink" peyk rabitəsi sisteminin işinin əvvəlki sürətlə bərpa olunduğunu bildirib.

AFN.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib. O, "Starlink" və "Starshield" sistemlərinin sürətinin məhdudiyyətlərdən əvvəlki səviyyəyə qaytarıldığını və hazırda Ukraynanın ehtiyac duyduğu sürətlə işlədiyini qeyd edib.

Ötən həftə Kiyev ABŞ-ın “SpaceX” şirkətinin Ukrayna Silahlı Qüvvələri üçün "Starlink" terminallarına saatda 160 kilometrdən yüksək sürətlə hərəkət zamanı məhdudiyyətlər tətbiq etdiyini açıqlamışdı. Ukrayna tərəfinin məlumatına görə, bu səbəbdən hərbçilərin bir neçə əməliyyatı baş tutmayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu