Yaponiya son kiberhücumlardan sonra təhlükəsizlik tədbirlərini gücləndirir



Yaponiyanın Baş naziri Sanae Takaiçi son dövrlərdə fərdi məlumatlara qarşı həyata keçirilən kiberhücumlar səbəbindən təhlükəsizlik tədbirlərini artıracaqlarını bildirib. 

AFN.az xəbər verir ki, hökumət kiber təhdidlərin artması fonunda müxtəlif nazirlik və qurumlarda müdafiə tədbirlərini sərtləşdirməyə hazırlaşır.

Jiji agentliyinin məlumatına görə, Takaiçi hakim Liberal Demokrat Partiyasının (LDP) Milli Kibertəhlükəsizlik Strategiyası üzrə Baş Qərargahının rəhbəri Masaaki Tairanı qəbul edib.

Görüş zamanı Masaaki Taira Takaiçiyə kiberhücumlarla mübarizəyə yönəlmiş yeni mərkəzin yaradılmasını təklif edib.

Son dövrlərdə fərdi məlumatlara qarşı bir sıra kiberhücumların baş verdiyini bildirən Takaiçi hökumətin müxtəlif nazirlik və qurumlarda təhlükəsizlik tədbirlərini gücləndirəcəyini deyib. O, vəziyyətin təcili xarakter daşıdığını vurğulayıb.

Takaiçi kiber təhdidlərin həm əhatə dairəsinin genişləndiyini, həm də daha mürəkkəb xarakter aldığını qeyd edib.

Kyodo agentliyinin məlumatına görə, Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Ryosei Akazava da bu təhdidlərə hazırlığı artırmaq və təhlükəsizlik boşluqlarını müəyyənləşdirmək məqsədilə nəzarətli kiberhücumlar həyata keçirəcək mütəxəssislərdən ibarət komandanın gələn ay yaradılacağını açıqlayıb.

İnternet saytlarında və korporativ tətbiqlərdə geniş istifadə olunan PHP proqramlaşdırma dilində iki kritik təhlükəsizlik boşluğu aşkarlandıqdan sonra dünya üzrə yeni müdafiə tədbirləri tətbiq edilməyə başlanıb.

Yaponiyada da aşkar edilmiş təhlükəsizlik boşluqlarından sonra bəzi nazirlik və qurumların internet saytlarının fəaliyyəti qismən dayandırılıb.

Takaiçi oktyabrın 21-də bu dildən istifadə edən internet saytlarını təhlükəsizlik boşluqlarını aradan qaldırmaq üçün yeniləmələri quraşdırmağa çağırıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu