Kiber təhlükəsizlikdə "Claude Code" inqilabı



ABŞ-ın süni intellekt şirkəti "Anthropic" tərəfindən təqdim edilən "Claude Code" adlı süni intellekt dəstəkli analiz aləti proqram təminatı təhlükəsizliyi sahəsində yeni bir texnoloji mərhələnin başlanğıcı hesab olunur.

AFN.az xəbər verir ki, bir neçə saat ərzində çoxsaylı təhlükəsizlik boşluqlarını aşkar edə bildiyi qeyd edilən bu növ alətlər kiber təhlükəsizlik proseslərində sürət və əhatə dairəsi baxımından əsaslı transformasiyadan xəbər verir.

Mütəxəssislərin fikrincə, süni intellekt əsaslı sistemlər resurs kodunu yalnız sətirbəsətir deyil, daha geniş kontekstdə analiz edə bilir və ənənəvi qayda-bazalı təhlükəsizlik alətlərinin imkanlarını geridə qoyur. Bu, xüsusilə mürəkkəb proqram təminatı infrastrukturunda erkən mərhələdə boşluqların tapılması üçün kritik imkanlar yaradır. Bununla belə, ekspertlər vurğulayırlar ki, bu inkişaf kiber təhlükəsizlik mütəxəssislərinin rolunu aradan qaldırmır, əksinə, onları daha strateji və analitik səviyyəyə daşıyır.

İctimai Kiber Təhlükəsizlik Dərnəyi tərəfindən verilən açıqlamada "Claude Code" kimi alətlərin proqram təminatı təhlükəsizliyində mühüm texnoloji sıçrayış olduğu qeyd edilib: "Bu cür alətlərin varlığı təhlükəsizlik mütəxəssislərinin rolunu daha strateji müstəviyə gətirir. Süni intellekt vasitələri zəifliklərin aşkar edilməsini sürətləndirsə də, yekun qərarvermə prosesləri mütəxəssis nəzarətində qalmağa davam edəcək".

Dərnəyin açıqlamasında həmçinin dövlət qurumları üçün bu inkişafın ikitərəfli xarakter daşıdığı bildirilir. Belə ki, bu texnologiyalar bir tərəfdən müdafiə potensialını gücləndirir, digər tərəfdən isə pisniyyətli şəxslər tərəfindən istifadə edildikdə təhdid dinamikasını sürətləndirə bilər. Strategiyada süni intellekt dəstəkli təhlükəsizlik həllərinin nəzarətli inteqrasiyası və yerli kiber təhlükəsizlik texnologiyalarının inkişaf etdirilməsi ön plana çəkilir. Vurğulanır ki, kiber təhlükəsizlik artıq yalnız texniki məsələ deyil, həm də rəqəmsal suverenlik və milli təhlükəsizlik məsələsidir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu