Tehran nüvə silahı istehsalına qısa müddətdə başlaya biləcəyini bəyan edib
İran parlamentinin deputatı İsmayıl Kövsəri ölkənin müvafiq qərar qəbul ediləcəyi təqdirdə qısa müddətdə nüvə silahı istehsal edə biləcəyini iddia edib.
AFN.az xəbər verir ki, bu barədə İranın SNN agentliyi məlumat yayıb.
Deputat bildirib ki, belə bir qərar verilərsə, xüsusilə ölkənin ali rəhbəri nüvə silahına sahib olmağın zəruriliyini müəyyən edərsə, İran bunu ən qısa müddətdə həyata keçirə bilər.
Kövsəri İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxması üçün hələlik əsas görmədiyini deyib. Bununla belə, o, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) fəaliyyətini tənqid edib.
Deputatın sözlərinə görə, agentlik ABŞ-ın 12 günlük müharibə zamanı İranın üç nüvə obyektinə endirdiyi zərbələri qınamalı və məsul şəxslərin cavabdehliyə cəlb olunması üçün addımlar atmalı idi.

