İrlandiya paytaxtında nəqliyyatın hərəkəti sammitə görə dayandırılacaq


İrlandiya hakimiyyəti bu həftə Dublində keçiriləcək Avropa İttifaqının qeyri-rəsmi sammiti və Avropa Siyasi Birliyinin toplantısı ilə əlaqədar görünməmiş təhlükəsizlik tədbirləri həyata keçirəcək.

AFN.az xəbər verir ki, bu barədə “Politico” İrlandiya polis rəhbərliyinə istinadən məlumat yayıb.

Polis rəisi Liam Geraqtinin sözlərinə görə, ölkədə indiyədək belə genişmiqyaslı mühafizə əməliyyatı keçirilməyib. Təhlükəsizlik tədbirlərinin miqyası hətta ABŞ prezidentinin səfəri zamanı görülən tədbirləri də üstələyəcək.

Polisin məlumatına görə, sammit günlərində yolların bağlanması səbəbindən Dublinin böyük hissəsində yerüstü nəqliyyatın hərəkəti dayanacaq.

İrlandiyanın xarici işlər naziri Helen Makenti də tədbirin ölkə tarixində ən böyük təhlükəsizlik əməliyyatlarından biri olacağını bildirib. O, gücləndirilmiş mühafizə tədbirlərini Avropa təyyarələrində partlayış təhlükəsi ilə bağlı son məlumatlarla əlaqələndirib.

Qeyd edək ki, noyabrın 6-da bu cür təhlükə barədə 15 məlumat daxil olub. Bundan başqa, İrlandiyanın bir sıra media qurumlarının redaksiyalarına bomba təhdidləri göndərilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu