Dublində kanaldan iki cəsəd çıxarılıb


Dublində Böyük Kanaldan iki adamın cəsədi tapıldıqdan sonra araşdırmalara başlanılıb.



İrlandiya polisi ölkənin paytaxtı Dublində Böyük Kanalda bir cəsədin olduğuna dair məlumat aldıqlarını açıqlayıb. İrlandiyanın RTE telekanalı qısa müddət sonra 40 yaşlarında olan iki kişinin cəsədinin kanaldan çıxarıldığını açıqlayıb.

Bildirilib ki, polis hər iki şəxsin şəxsiyyətini müəyyənləşdirib və araşdırmaların gedişatını meyitlərin yarılma və yerli araşdırmalar nəticəsində müəyyənləşəcəyi bildirilib.

Hər iki şəxsin İrlandiya vətəndaşı və evsiz olduğu qeyd edilib. Ölən iki şəxsin evsizlər xidmətində tanındığı bildirilib.

Bildirilib ki, istidən əziyyət çəkən evsizlər hadisə yerinin yaxınlığında kanalın ətrafında çoxlu çadırlar qurublar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu