Varadkarın sürpriz istefası maraq doğurdu


İrlandiyanın baş naziri Leo Varadkarın sürpriz istefa qərarı maraq doğurub.



2017-ci ildən İrlandiyada "Fine Gael" partiyasının lideri olan 45 yaşlı Varadkar dünən paytaxt Dublində verdiyi istefa bəyanatında ölkəsinə rəhbərlik etdiyi dövrü həyatının ən xoşbəxt dövrü olaraq xarakterizə edib.

İki dəfə İrlandiyanın baş naziri olmuş Varadkar çıxışı zamanı emosiyaya qapılıb və vəzifəsindən getmə səbəblərinin həm şəxsi, həm də siyasi olduğunu bildirib.

Baş nazir postundan istefa verən Varadkar parlamentin üzvü kimi qalacaq.

İrlandiya və İngiltərə mətbuatı istefa qərarının "sürpriz" olduğunu və Varadkarı belə bir qərara vadar edən səbəbin hələ məlum olmadığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu