"Turan-Tovuz"-"Fənərbaxça" yoldaşlıq görüşündən gəlir əldə edilməyib, amma...
"Turan-Tovuz" "Fənərbaxça" ilə yoldaşlıq oyunundan sonra Qarabağ Dirçəliş Fonduna 50 min manat ianə köçürüb.
Bu barədə AFN.az-a klubdan məlumat verilib. Qeyd edək ki, klub "Fənərbaxça" ilə oyundan əvvəl bəyan etmişdi ki, əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna köçürüləcək.
AFN.az-a daxil olan məlumata görə, yoldaşlıq görüşündən heç bir gəlir əldə edilməyib. Lakin klub rəhbərliyi verdiyi sözə sadiq qalaraq fondun hesabına ianə edib.
Yoldaşlıq görüşü oktyabrın 3-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Oyun 0:2 qonaqların qələbəsi ilə başa çatıb.
