ABŞ Fars körfəzi ölkələrini İrana qarşı mümkün əməliyyat barədə xəbərdar edib
ABŞ noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən sonra İrana qarşı qısamüddətli və intensiv hərbi əməliyyat keçirə biləcəyi barədə Fars körfəzi ölkələrini xəbərdar edib.
AFN.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Pentaqon ABŞ hərbçilərini təhlükə ilə üzləşə biləcəkləri Yaxın Şərqdəki bəzi hərbi bazalardan təxliyə edib. Bölgədəki ABŞ qüvvələri sursat ehtiyatlarını artırır, bombardmançı təyyarələr və qırıcılar isə zərbələr endirməyə hazırlaşır.
"The Wall Street Journal" yazır ki, ABŞ prezidenti Donald Tramp hərbi əməliyyatların bərpası ilə bağlı hələ yekun qərar verməyib. Bununla belə, onun seçkilərdən sonra genişmiqyaslı hücuma üstünlük verdiyi bildirilir. Mümkün hücumun hədəfləri arasında İranın infrastrukturu və nüvə obyektləri də ola bilər.
