Bakıda Braziliya ciu-citsu üzrə açıq turnir keçirilib - FOTOLAR
Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə birliyin klubları və filialları arasında açıq turnir keçirilib.
AFN.az xəbər verir ki, yarış ənənəvi olaraq Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyüş sənətinin banisi, eyni zamanda İctimai Birliyin sədri Taleh Həsənov iştirakçıları salamlayıb, hər birinə bu möhtəşəm mübarizədə sonsuz uğurlar və qələbə sevinci arzulayıb.
BJJ Azərbaycanın prezidenti Aqil Acalov da öz növbəsində turnir iştirakçılarına uğurlar arzulayıb, yarışda uğur qazanan idmançıların qarşıdakı beynəlxalq turnirdə iştirak edəcəyini bildirib və indidən onlara qələbələr arzulayıb.
A. Acalov qeyd edib ki, idman təkcə güc və sürət deyil, həm də yüksək nizam-intizam, iradə və xarakter nümayişidir.
İctimai Birliyin sədr müavini Anar Səfərov da turnir iştirakçılarına uğurlar arzulayıb: Hər birinizə bu yarışda öz potensialınızı tam nümayiş etdirməyi və parlaq qələbələr qazanmağı arzu edirik.
Daha sonra yarışlara start verilib.
Turnirdə respublikanın müxtəlif bölgələrini təmsil edən klubların və filialların idmançıları iştirak ediblər. Yarış Braziliya ciu-citsu döyüş sənətinin Gİ versiyası üzrə müxtəlif yaş və çəki dərəcələrində uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında təşkil olunub.



