İsveç hökuməti iş kompüterlərində ChatGPT və Claude istifadəsini məhdudlaşdırıb
İsveç hökuməti əməkdaşları təhlükəsizlik narahatlıqları səbəbindən iş kompüterlərində ChatGPT və Claude modellərindən istifadə etməyəcəklər.
AFN.az xəbər verir ki, həssas məlumatların emalı ilə bağlı təhlükəsizlik riskləri nəzərə alınaraq belə qərar qəbul edilib.
İsveç hökumətinin açıqlamasında bildirilib ki, 2026-cı ilin əvvəlində aparılan araşdırma çərçivəsində süni intellekt platformalarından dövlət vəzifələrinin yerinə yetirilməsi zamanı problemli şəkildə istifadə olunduğu qənaətinə gəlinib.
Açıqlamada qərarın həssas məlumatların emalı ilə bağlı təhlükəsizlik narahatlıqları səbəbindən qəbul edildiyi qeyd olunub.
Hökumət əməkdaşlarının daha sərt nəzarət mexanizmləri çərçivəsində süni intellektdən yararlana biləcəkləri bildirilib. Qeyd olunub ki, yeni qayda bu həftədən qüvvəyə minib.
İsveç mediasının məlumatına görə, ölkənin Vergi Agentliyində və Milli Səhiyyə və Rifah Şurasında da ChatGPT və Claude istifadəsinə məhdudiyyətlər tətbiq edilib.
