Rusiya Xerson istiqamətində müvəqqəti atəşkəs elan etdi



Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xerson vilayətində yerləşən Oleşki şəhərində humanitar yardım əməliyyatı ilə əlaqədar Xerson istiqamətində müvəqqəti atəşkəsin başladığını bildirib. 

AFN.az xəbər verir ki, atəşkəs Moskva vaxtı ilə saat 04:00-dan qüvvəyə minib.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında Xerson vilayətinin Oleşki şəhərindəki vəziyyət barədə məlumat verilib.

Açıqlamada bildirilib ki, Rusiya Silahlı Qüvvələri Xerson vilayətinin Oleşki yaşayış məntəqəsində humanitar yardım əməliyyatına hazırlıq çərçivəsində Moskva vaxtı ilə saat 04:00-dan etibarən Xerson istiqamətində atəşkəsə başlayıb.

Rusiya Baş Qərargahının rəisi Valeri Gerasimov ötən həftə Xerson vilayətinin Oleşki şəhərində keçiriləcək humanitar əməliyyatla əlaqədar oktyabrın 27-dən etibarən Xerson istiqamətində müvəqqəti atəşkəs tətbiq ediləcəyini bildirmişdi.

Rusiya Müdafiə Nazirliyi dünən də Oleşki şəhəri istiqamətində minatəmizləmə işlərini davam etdirdiklərini açıqlamışdı.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu