Tramp seçki saxtakarlığı barədə məlumat verənlərə 1 milyon dollar vəd edib



ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərdə saxtakarlıq barədə məlumat verən şəxslərə, həmin qanun pozuntusunu törədənlərin həbs olunaraq məhkum edilməsi şərtilə, 1 milyon dollar ödəniləcəyini bildirib. 

AFN.az xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edib.

Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərlə bağlı paylaşımında bildirib ki, əvvəlki seçkilərdə və ya qarşıdan gələn 2026-cı il aralıq seçkilərində saxtakarlıq edildiyi barədə məlumat verən hər kəsə, bu əməlləri törədən şəxslərin həbs olunaraq məhkum edilməsi halında, 1 milyon dollar ödəniləcək.

Tramp əvvəlki prezident seçkilərində ABŞ-ın keçmiş Prezidenti Co Baydenə məğlub olmasının ardından səslərin oğurlandığını iddia etmişdi. Bununla bağlı müzakirələr uzun müddət ABŞ gündəmində qalmışdı.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu