Brent neftinin qiyməti 110,34 dollara düşüb



Brent markalı neftin bir bareli beynəlxalq fyuçers bazarlarında 110,34 dollardan satılır. 

AFN.az xəbər verir ki, dekabr fyuçersləri üzrə Brent neftinin bir barelinin qiyməti dünən 112,20 dollara qədər yüksəlib və günü 110,74 dollarla başa vurub.

Bu gün saat 10:34-ə olan məlumata görə, Brent neftinin bir barelinin qiyməti əvvəlki bağlanışla müqayisədə təxminən 0,4 faiz azalaraq 110,34 dollara enib.

Eyni dəqiqələrdə Qərbi Texas markalı (WTI) xam neftin dekabr fyuçersləri üzrə bir barelinin qiyməti 101,25 dollar təşkil edib.

Texniki təhlilə görə, Brent neftində 112,04 dollar müqavimət, 109,18 dollar isə dəstək səviyyəsi kimi izlənilə bilər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu