Brent neftinin bir barreli 101,78 dollardan satılır
Brent neftinin bir barreli beynəlxalq fyuçers bazarlarında 101,78 dollardan satılır.
AFN.az xəbər verir ki, cümə günü 105 dollara qədər yüksələn Brent neftinin fyuçers müqavilələri üzrə bir barelinin qiyməti günü 103,87 dollardan tamamlayıb. Brent neftinin noyabr fyuçersləri üzrə bir barrelinin qiyməti bu gün saat 10:40-a olan məlumata görə, əvvəlki bağlanışla müqayisədə 2 faiz azalaraq 101,78 dollar olub.
Eyni dəqiqələrdə Qərbi Texas markalı (WTI) xam neftin noyabr fyuçersləri üzrə bir barrelinin qiyməti də 94,04 dollar təşkil edib.
Brent neftində texniki baxımdan 105,80 dollar müqavimət, 101,48 dollar isə dəstək zonası kimi izlənilə bilər.
