İtaliya Ukraynaya 13-cü hərbi yardım paketini təqdim edəcək
İtaliya Ukraynaya hərbi yardımı dayandıra bilər. Ölkənin müdafiə naziri Gvido Krozetto Kiyevin dron hücumlarından müdafiəsinə kömək edə biləcək xüsusi texnologiyalara malik olmadıqlarını bildirib.
AFN.az xəbər verir ki, nazir bu barədə “Corriere della Sera” qəzetinə müsahibəsində danışıb.
Krozettonun sözlərinə görə, Ukraynaya hərbi yardımın davam etdirilməsi onun şəxsi qərarından asılı deyil. O bildirib ki, 2026-cı ildə indiyədək yeni yardım paketi təqdim edilməyib və parlamentin bu istiqamətdə verdiyi icazə yalnız dekabrın 31-dək qüvvədədir.
Nazir hərbi yardımın dayandırılması ilə bağlı əsas problemin hakim koalisiyanın üzvü olan, Kiyevə silah tədarükünə qarşı çıxan “Liqa” partiyasının mövqeyi olmadığını vurğulayıb. Onun fikrincə, digər çətinlik Almaniyanın bundan sonra Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri verməyəcəyidir.
“İtaliyanın Ukraynaya dronlardan müdafiə olunmaqda kömək edə biləcək xüsusi texnologiyaları yoxdur”, – deyə Krozetto qeyd edib.
Müdafiə naziri noyabrın 10-da parlamentin təhlükəsizlik məsələləri üzrə komitəsinə 2022-ci ildən bəri hazırlanmış 13-cü hərbi yardım paketini təqdim edəcək. Ukraynaya göndərilməsi nəzərdə tutulan hərbi avadanlıqların siyahısı məxfi saxlanılır.
Hesablamalara görə, İtaliya indiyədək Ukraynaya ümumilikdə təxminən 3 milyard avro dəyərində silah və hərbi texnika göndərib.

