Aİ Qara dənizdə təhlükəsizlik məsələlərini müzakirə edəcək


Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Qara dənizdə təhlükəsizlik və gəmiçilik azadlığı məsələlərini müzakirə etmək üçün Rumıniya və Bolqarıstana səfər edəcək.

AFN.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığının yekunlarına dair məlumatında bildirib.

Səfər zamanı regionda artan təhlükəsizlik təhdidlərinə qarşı Avropanın atacağı mümkün addımlar müzakirə olunacaq.

“Bu gün təhlükəsizlik təhdidlərinin artdığı Qara dəniz regionuna yola düşürəm. Hücumlar intensivləşir”, – deyə fon der Lyayen bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Ukraynaya dəstək çərçivəsində Qara dənizdə gəmiçilik azadlığının bərpasına və qorunmasına nail olmağı hədəfləyir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu