Fon der Lyayen: ABŞ-la əvvəlki münasibətlər qayıtmayacaq


Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ-la münasibətlərin Donald Trampdan əvvəlki vəziyyətə qayıtmasının mümkün olmadığını bildirib.



AFN.az-ın xarici mediaya istinadən məlumatına görə, o, Romada keçirilən sənaye forumunda çıxışı zamanı qeyd edib ki, Avropa İttifaqı bu məsələdə sadəlövh deyil və bu səbəbdən də başqa ölkələrlə azad ticarət sazişlərini sürətlə bağlamağa çalışır.



Fon der Lyayen ABŞ-la tariflərin ləğvi barədə danışıqların davam etdiyini desə də, bununla bağlı nikbin olmadığını vurğulayıb. O, Avropa sənayesinin 80%-nin ABŞ-dan kənar ölkələrlə ticarətə əsaslandığını və Avropanın ideoloji baxımdan yaxın tərəfdaşlarla əməkdaşlığa üstünlük verməli olduğunu qeyd edib.



O həmçinin bildirib ki, Avropa sənayesinin ÜDM-də payı 16%-dir, ABŞ-da isə bu göstərici cəmi 11%-ə bərabərdir. Fon der Lyayenin sözlərinə görə, AB sənayesinə ildə 800 milyard avro sərmayə qoyulacaq və bu, yeni 2028–2034-cü illər büdcəsində “rəqabət fondu” vasitəsilə təmin olunacaq.



Avropa sənayesinin gücləndirilməsi 2024-cü ildən etibarən Avropa Komissiyasının əsas prioritetinə çevrilib. Fon der Lyayen kiçik və orta müəssisələr üçün ekoloji tələblərin 90%-nin ləğv ediləcəyini də vəd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu